2018-07-10 18:29:15   |   292 dəfə oxunub

Bakı metrosunda HƏYƏCAN: gənc oğlan özünü qatarın altına atıb - YENİLƏNİB



"Əhmədli" metrostansiyasında gənc oğlan özünü qatarın altına atıb. Bu barədə "Sherg.az"a "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hadisə "Əhmədli" stansiyasının 1-ci yolunda baş verib: "Həmin şəxs saat 17.03-də özünü qatarın altına atıb. Qatarın hərəkəti dayandırılıb.
Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb. Üstündə sənəd olmayıb. Özünün dediyinə görə, 1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyevdir".

17:28


Bu gün saat 17:25-də "Əhmədli" metrostansiyasında 24-25 yaşlı oğlan huşunu itirərək relsin üstünə yıxılıb.

Lent.az-ın məlumatına görə, xoşbəxtlikdən həmin an platformada qatar olmayıb.

Yüngül xəsarət alan gənc relsin üstündən çıxarılıb.






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22