2018-07-10 19:48:02   |   381 dəfə oxunub

"...vergi və gömrük dərəcələri dəyişdirilməlidir" - İqtisadçı





"Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin səsləndirdiyi fikirlər həll olunması çox vacib olan məsələlərdir”

Bunu "Sherg.az”a iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Vergi və gömürük sahəsində mühafizənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi sahibkarlığın inkişafı və qeyri-neft sektorunun inkişafı baxımından çox vacibdir:

"Ölkə prezidentinin qeyd etdiyi kimi, gömrük və vergi prosedurlarının sayının azaldılması, sahibkarlarla tərəfdaşlıq münasibətinin genişləndirilməsi və tərəfdaşlığın formalaşması çox vacibdir. Eyni zamanda sahibkarların bu sahədəki fəaliyyətlərinin inkişafına dair tapşırıqlar, göstərişlər verilir. Dünya Bankının hesabatında Azərbaycana idxal və ixrac etmək üçün tələb edilən prosedurların sayı çoxdur. Bu sahələrdə şəffaflığın gücləndirilməsi vacibdir. Vergi sistemində yeni strukturun formalaşması, tərəfdaşlığa baxışın dəyişməsi, vergi dərəcələrinin optimallaşdırılması barəsindəki açıqlamalar ancaq ondan xəbər verirki, bu sistemdə xarici rəqabətin formalaşması və qeyri-sağlam rəqabətin aradan qalxmasına şərait yaranacaq. 

Hər iki sahədə qeyri-sağlam rəqabətin aradan qaldrılması üçün sahibkarlarla sözügedən qurum əməkdaşları arasındakı ünsiyyətin möhkəmlənməsinə ehtiyac var. Bank xidmətlərindən istifadə etməsi və daha çox asan xidmətlərin tətbiq edilməsi zəruridir. Əgər sözü gedən qurumlar arasında elektron xidmətlərdən istifadə olunarsa, bu şəfaflığın güclənməsinə, qeyri-sağlam rəqabətin aradan qalxmasına şərait yaradacaq. Eyni zamanda çox vacib məqamlardan biri odur ki, vergi və gömrük dərəcələri dəyişdirilməlidir. 

Hər iki sahədə dərəcələrə yenidən baxılıb, azaldılmağa ehtiyac var. Əsasən də vergi dərəcələrini azaldılmağı sahibkarlığın inkişafı üçün mühümdür. Beləliklə də kiçik və orta sahibkarlıq üçün yeni imkan yaranacaq. Bəzən sahibkarlara müyyən dərəcədə güzəştlər olunur. Bu güzəştlər vergi və gömrük sahəsində reallaşır. Bir çox hallarda sahibkarlar vergi ödəmələrindən qaçır. Yaxud da qeyri-sağlam güzəştlər əldə edir. Bunun qarşısını almaq lazımdır. 

Çünki bu bəzən irəlidə qeyri-sağlam rəqbətə səbəb olur. Əsasən də idxal zamanı sahibkar qeyri-rəsmi güzəşt əldə edib, gömrük xərclərini ödəmirsə, digər sahibkar öz öhdəliklərini yerinə yetirdikdə onların idxal malları bazarda sağlam olmayan rəqabət yaradacaq. Sahibkarların vergidən yayınması və qeyri-rəsmi güzəştlərin əldə edilməsinin qarşısını almaq lazımdı”.

Kənan Eynuroğlu







"...Korrupsiya və rüşvətxorluqla mübarizə əhalinin rahatlığı üçün də müsbətdir"

"2018-ci ilin birinci yarısının nəticələri, ölkənin iqtisadi inkişaf göstəriciləri müsbətdir”.

Bu sözləri "Sherg.az”a 2018-ci ilin ilk 6 ayının göstəricilərinə görə, Azərbaycanın iqtisadi inkişafını dəyərləndirərkən iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib.

O qeyd edib ki, bu müddət ərzində Azərbaycanda ümumdaxili məhsulda 2 faizdən çox artım var:

"Bununla paralel olaraq, qeyri-neft sektorunda da inkişaf nəzərə çarpır. Azərbaycana investisiya yatırımı bu il də müsbət şəkildə irəlilədi. Valyuta ehtiyatları artıb, inflyasiya isə azalmağa başlayıb.

Ölkə başçısının qeyd etdiyi məsələlər sırasında bəzi nöqsanların diqqətə çatdırılması da müşahidə olundu. Bakı şəhərinin İcra Hakimiyyəti, paytaxtın rayonlarının icra hakimiyyəti tikinti ilə əlaqədar yol verdiyi nöqsanlarla əlaqədar xəbərdarlıq edildi. Bu proses artıq Dövlət Arxitektura Komitəsi tərəfindən həyata keçiriləcək, vahid nəzarət olunacaq. Bu, çox ciddi məsələdir”.

V.Əhmədov ölkə başçısının tənqid etdiyi məsələlər sırasında korrupsiya və rüşvətxorluq hallarının olduğunu da diqqətə çatdırıb. Deputat bildirib ki, prezidentin qeyd etdiyi kimi bu məsələ ciddi nəzarətdə saxlanacaq:

"Bu sahəyə diqqətin yüksək olması korrupsiya və rüşvətxorluqla mübarizə aparılması əhalinin rahatlığı üçün də müsbətdir.

Bir neçə gün əvvəl Mingəçevir İES-də baş verən qəza hadisəsi də Prezident İlham Əliyevin iclas gündəliyində mühüm yer aldı. Ölkə başçısı qeyd etdi ki, bununla bağlı komissiya yaradılıb və araşdırmaların yekunları barədə məlumat veriləcək. Bu məsələdə günahı olmayan şəxsləri cəzalandıracaq deyilik. Yalnız bu hadisədə məsuliyyətli olan, nöqsana yol verən səlahiyyətlilər cəza tədbirlərinə məruz qalacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Prezident yeni erməni rəhbərliyinə çox mühüm mesajlar ünvanladı. O bildirdi ki, münaqişə qısa müddətdə həll olunmasa, Ermənistan bundan sonra da beynəlxalq layihələrdən kənarda qalacaq və çökməkdə davam edəcək.

İlham Əliyev müxtəlif sahələrdə kadr və struktur islahatlarının davam etdiyini də xüsusi vurğuladı. Prezident bildirdi ki, Azərbaycan üçün önəmli olan bütün sahələrə diqqət ayrılır və bu hər zaman belə olacaq”.

Qeyd edək ki, iclasda çıxış edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilir:

"Xüsusilə, Cənub Qaz Dəhlizinin açılışı tarixi hadisədir. 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə növbəti dövrdə uğurla nail olacağıq. Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Son illər ərzində apardığımız islahatlar isə öz gözəl bəhrəsini vermişdir. Həmçinin, iqtisadi və maliyyə sektorlarında şəffaflıq da imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-18