2018-07-10 20:17:49   |   167 dəfə oxunub

Masallıda qadın, oğlu və qardaşı oğlu göldə boğularaq ölüb


Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib.

Onlar 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmkir oğludur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20