2018-07-10 20:36:18   |   339 dəfə oxunub

"Bu iki qardaş ölkə liderlərinin qarşılıqlı səfərləri dünyaya ciddi bir mesajdır"

“Artıq bütün dünya dövlətləri, beynəlxalq güclər bilirlər ki, Türkiyə hardadırsa, Azərbaycan da onun yanındadır. İki qardaş ölkənin bütün məsələlərdə bir yerdə olması hər ikisinin təhlükəsizliyi baxımından da əhəmi





"Prezident seçkilərindən sonra iki qardaş ölkənin yenidən seçilən prezidentlərinin qarşılıqlı səfərlər təşkil etməsi artıq müsbət ənənəyə çevrilib”.

Bunu "Sherg.az”a Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk səfərini Azərbaycana reallaşdırmasını şərh edərkən politoloq Natiq Miri söyləyib. 

O deyib ki, bu qarşılıqlı səfərlərin təkrar olunması artıq dünyaya ciddi mesajdır:

"Artıq bütün dünya dövlətləri, beynəlxalq güclər bilirlər ki, Türkiyə hardadırsa, Azərbaycan da onun yanındadır. İki qardaş ölkənin bütün məsələlərdə bir yerdə olması hər ikisinin təhlükəsizliyi baxımından da əhəmiyyətlidir.

Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq güclənmiş, regionda həlledici güc mərkəzlərindən birinə çevrilən qüdrətli bir qardaş ölkə mövcuddur. Türkiyənin qüdrətli, güclü olması bütün müsəlman dünyanın güclü olması deməkdir. Çünki qardaş ölkə bütün müsəlman dünyasının himayəçisinə çevrilib. O cümlədən güclü Türkiyənin Ərdoğan kimi güclü liderinin olması yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirini göstərəcək. Rəcəb Tayyib Ərdoğanın seçki platformasında prioritet məsələlərdən biri də Dağlıq Qarabağ problemidir. Bu məsələnin qoyuluşu, Türkiyənin xarici siyasətində ön sırada durması bizim üçün çox əhəmiyyətlidir”.

N.Miri diqqətə çatdırıb ki, iki ölkənin liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin və iqtisadi, mədəni, siyasi, ticarət əlaqələrinin müzakirəsi də ciddi əhəmiyyət kəsb edir:

"Xüsusilə Azərbaycan üçün əhəmiyyət daşıyan digər bir məsələ isə gələcəkdə iki dövlət arasında strateji hərbi sazişin imzalanması barədə müzakirələrdir. Düşünürəm, artıq bu məsələni hərəkətə keçirmək, sazişi imzalamaq üçün əlverişli şərait yaranıb”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün baş tutan inauqurasiya mərasimindən sonra ilk səfərini bu gün Azərbaycana etdi. Türkiyə prezidenti səfər öncəsi jurnalistlərə açıqlamasında söyləyib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın güclənərək davam edəcəyinə inanır:

"Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram".

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20