2018-07-11 00:52:37   |   1094 dəfə oxunub

DÇ-2018-in ilk finalçısı Fransa oldu




DÇ-2018-də yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatıa görə, ilk finalçı Fransa və Belçika yığmaları arasında matçda müəyyənləşib.

Sankt-Peterburqda keçirilən görüşün taleyini 1 qol həll edib. Umtitinin ikinci yarıda vurduğu top Fransanı finala daşıyıb.
"Üçrənglilər” bununla da iyulun 15-də keçiriləcək həlledici qarşılaşmaya vəsiqə əldə edib. Ən azı gümüş medalları təmin edən Fransanın Moskvanın "Lujniki” stadionunda keçirilən finaldakı rəqibi sabah bəlli olacaq.
Belçika yığması isə Sankt-Peterburqda qalıb. Onlar iyulun 14-də baş tutacaq bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu gün keçiriləcək ikinci yarımfinalda Xorvatiya və İngiltərə görüşəcək.

DÇ-2018
1/2 final
Fransa – Belçika - 1:0
Qol: Umtiti, 51






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22