2018-07-11 11:20:59   |   75 dəfə oxunub

Hikmət Hacıyev: "Paşinyan rejimi siyasi şou nümayiş etdirməklə reytinqini yüksəltməyə çalışır"


 "Bu, siyasi şoudur və Paşinyan rejimi bununla reytinqini yüksəltməyə çalışır".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmət keçmək üçün göndərməsi məsələsini şərh edərkən bildirib.

"Ermənistan vətəndaşının Azərbaycan ərazisində xidmət keçməsi işğal deməkdir", - XİN-in mətbuat xidmətinin rəhbəri deyib.

O bildirib ki, baş nazir Paşinyan vəzifəyə gələn andan Ermənistan iqtisadiyyatının inkişafı üçün heç bir addım atmayıb: "O, ancaq öz siyasi reytinqinin yüksəldilməsi üçün addımlar atır. Bu cür hərəkətlər konstruktiv xarakter daşımır və regionun sabitləşməsinə xidmət etmir."






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22