2018-07-11 13:00:13   |   305 dəfə oxunub

Sosioloq-alimdən Gəncə hadisələrinə MÜNASİBƏT: “Sonunda ziyan ölkəyə dəyir..."


"Gəncədə baş verənlər arzuolunmaz, təhlükəli proseslərdir”. 

Bunu "Sherg.az”a tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib. 

Alim bəyan edib ki, hər hansı ölkədə kiçik bir gərginlik yaranan kimi güc mərkəzləri, həmin ölkədə marağı olan qüvvələr dərhal hərəkətə keçərək öz maraqlarının ödənməsinə çalışırlar:

"Sonunda ziyan ölkəyə dəyir. Bu zaman həmin qüvvələr müxtəlif qruplardan alət kimi istifadə edirlər. Ortada olanların hansısa güclərin əlində alət, yaxud əsas qüvvə olduğunu dəqiqləşdirməyə çox ehtiyac var”.

Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22