2018-07-11 13:17:56   |   362 dəfə oxunub

"...dövlətçiliyimizi zədələmək istəyirlər" - Aydın Hüseynov




"Azərbaycan vətəndaşı onun uğurlarını istəməyən qüvvələrin yaratdığı iğtişaşa qarşı etirazlarını kəskin şəkildə göstərir və hər zaman da göstərəcək”

Bunu "Sherg.az”a millət vəkili Aydın Hüseynov söyləyib.

Deputat qeyd edib ki, ilk növbədə bir Azərbaycan vətəndaşı olaraq bu hadisəni törədənlərə kəskin şəkildəetirazını bildirir:

"Onların qanun qarşısında cavab vermələrini, törətdikləri cinayətdən dolayı tez bir zamanda cəzalarını çəkmələrini istəyirəm. Digər tərəfdən bu hadisələrin baş verməsi təsadüfi deyil. Yəni Azərbaycanın uğurları, nəaliyyətləri artdıqca, dövlətimizin beynəlxalq arenalarda nüfuzu, çəkisi yüksəldikcə  Azərbaycanın müstəqil siyasət yeritməsini istəməyən mərkəzlər, qüvvələr, eyni zamanda torpaqlarımızı işğal edən ermənilər və onların havadarları ölkəmizdə qarışıqlıq törətməyə çalışırlar. 

Bunu da din altında pərdələyib, iğtişaş yaradaraq dövlətçiliyimizi cuzi də olsa, zədələmək istəyirlər. Bu hadisələrdə biz Azərbaycan polisinin öz peşəkarlığını, dövlətçiliyə sədaqətini necə müvəffəqiyyətlə yerinə yetirdiyini gördük. 

Hər iki polis zabitinin ailəsinə dərin hüzünlə baş sağlığı diləyirəm, hər ikisinə Allahdan rəhmət arzulayıram. Belə olaylarda mütləq Azərbaycan gəncliyi, Azərbaycan dövlətçiliyi, milləti öz etirazını kəskin şəkildə bildirməlidi. Bizim xalq Prezident İlham Əliyevin ətrafında birləşərək daha böyük uğurlara imza atmaq niyyətindədir. Bizim hər birimizin borcu Azərbaycan torpaqlarını işğaldan azad edib, suverenliyimizi qorumaqdır. 

Azərbaycan vətandaşlarının mübarizə aparacağı istiqamət bu olmalıdır. Ölkəmizə, millətimizə sadiq vətəndaşlar kimi biz bunu etməliyik. Bir vətəndaş, eyni zamanda millət vəkili olaraq bu hadisələri pisləməklə yanaşı kəskin etirazlarımı bildirirəm”.

Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20