2018-07-11 14:36:31   |   339 dəfə oxunub

Sabiq XİN başçısı:"...substantiv danışıqlar hələlik mümkün deyil "




"Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdə yalnız fikir mübadiləsi aparacaqlar”.

Bunu "Sherg.az”a Xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Zöhrab Mnatsakanyan arasında Brüsseldə keçiriləcək görüşdən gözləntilərini şərh edərkən sabiq xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarov söyləyib. 

O vurğulayıb ki, tərəflər konkret sənəd ətrafında fikir mübadiləsi aparmırlar:

"Bu görüş daha çox tanışlıq xarakteri daşıyacaq. Konkret olaraq, görüşdən heç bir nəticə, irəliləyiş gözləmirəm. Bu, mümkün də deyil.

Həmsədrlər də rəhbərliyə məruzə etməlidirlər. Ona görə, formal olaraq, görüşlərin təşkilini həyata keçirirlər. Amma substantiv danışıqlar hələlik mümkün deyil”.

Qeyd edək ki, XİN rəhbərlərinin görüşü iyulun 11-ə planlaşdırılıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin – Rusiya təmsilçisi İqor Popov, Fransa rəsmisi Stefan Viskonti və ABŞ-ı təmsil edən Əndrü Sxofer də iştirakı da gözlənilir. Həmçinin ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də danışıqlarda iştirak edəcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20