2018-07-11 15:06:39   |   269 dəfə oxunub

"Azərbaycanda sosial təminat məsələsi kifayət qədər yaxşılaşıb"




"Sosial təminat sahəsində bizim bir çox uğurlu işlərimiz göz qabağındadır”

Bunları "Sherg.az”a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.

Onun sözlərinə görə, cənab Prezident sosial təminatla bağlı atdığı bir çox addımların nəticəsində bu sahə kifayət qədər inkifaf edib:

"Birincisi, sosial layihələrlə bağlı Azərbacanın "şah əsəri” ASAN xidmətdir. ASAN xidmətin yaranması ilə bir çox sahələrdə sosial yönümlü problemlərin həlli məsələsində demək olar ki, böyük irələyişlər olub. Sənədləşmə prosesində, xüsusən də insanların şəxsiyyət vəsiqəsi və ya xarici pasportlarının dəyişdirilməsi, təmin olunması fonunda çox yaxşı iş göstərirlər. 

Digər tərəfdən insanların mənzillərinin qeydiyyatdan keçirilməsi, bank sahəsində, insanların pensiyalarının verilməsində və digər proseslərin həyata keçrilməsində bu qurum doğurdan da əvəzolunmazdır. 

Bu nöqteyi nəzərdən onu qeyd edə bilərəm ki, bizdə bu bacarıq var və bundan da yaxşısını edə bilərik. Ancaq bəzi sahələr üzrə problemlər bu yaxınlara kimi qalırdı. Son zamanlar bizdə sözügedən sahələrlə bağlı müasir dövrün tələblərinə uyğun qərarlar, sərəncamlar, əmrlər verilir. Yalnız bunun icra məsələsini yerinə yetirmək qalır. 

Yəni bura da sosial məsələ dolayısı ilə kənd təsərrüfatı, müavinətlərin verilməsi, məşğulluq sahəsinə də bağlana bilər. Hazırda bu sahələr üzrə yeni nazirlər təyin olunub. Onların da əməli işləri ilə bağlı məlumatlarımız var. Vergi qurumlarının sahibkarlarla şəffaf münasibətlərinin qurulması istiqamətində konkret əməli işlər görülüb. Bu ilin əvvəlində keçən ilə baxanda sahibkarlıq istiqamətində canlanma müşahidə olunur. 

Bu müşahidə də artıq problemli krediti olan sahibkarların artıq kreditlərinin mərhələli formada geri qaytarmasına səbəb olub. Vergi orqanları artıq hesablara sərəncam qoymur, münasibətlərə bir balaca şəffaflıq gətirib. Bu da müasir iqtisadi nəzəriyyədə bazar iqtisadiyyatı amillərinə təmamilə cavab vermiş olur. Ancaq belə olmalıdır. Bundan başqa ölkə rəhbəri iclasda bir çox məsələlərə toxundu. Sosial məsələlərlə bağlı bir sıra göstərişlər verib. Zamanla onlarında necə və hansı şəraitdə həyata keçməsini müşahidə edəcəyik. Ümidvarıq ki, bunlar mərhələli formada öz əskini tapacaq". 

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-07-18