2018-07-11 16:10:49   |   207 dəfə oxunub

"Gəncədəki təxribat yerli xalqın iradəsini əks etdirmir" - Akademik





"Gəncədə baş verən hadisələr Azərbaycanı gözü götürməyən xarici qüvvələrin işidir". 

Bunu "Sherg.az"a Gəncədə baş verən iğtişaş və dini radikalların iki polis zabitini amansızca qətlə yetirməsini şərh edən millət vəkili, akademik Nizami Cəfərov  bildirib. 

O qeyd edib ki, ötən gün xarici qüvvələr tərəfindən maliyyələşdirilib hazırlanan insanlar ölkədə təxribat törətməyə cəhd etdilər, ancaq istəklərinə nail ola bilmədilər:

 "Azərbaycan dövləti öz dövlətçiliyini və əmin- amanlığını qorumaq üçün hər cür imkanlara sahibdir. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər”.

Millət vəkilinin sözlərinə görə, təxribatçı şəxslərə qarşı həm hüquqi, həm də mənəvi mübarizə aparılmalı, təbliğat və maarifləndirmə tədbirləri gücləndirilməlidir:

 "Dini- ekstremist qüvvələrin qarşısını almaq üçün dövlətimiz bütün gücünü səfərbər etməlidir. Kimlərinsə öz siyasi konnekturasını silahla həyata keçirməyə cəhd göstərməsi absurdur. Azərbaycan dövləti 3-5 illik müvəqqəti hökumət deyil ki, bu dövlətin tarixi qədim dövrlərə dayanır. Dövlətimizin müstəqilliyi əbədidir və suverenliyimizə qarşı çıxan istənilən qüvvəyə cavab vermək iqtidarında olan ordumuz, polisimiz var”.

N.Cəfərovun qənaətincə Gəncədə baş verən təxribat heç bir halda yerli xalqın iradəsini əks etdirmir: 

"Bu cür təxribatçı qüvvələr tarix boyu ölkəmizdə əl- qol atıblar. Dünən Bakıda, bu gün Gəncədə, sabah da başqa bir regionda ortaya çıxa bilərlər. Biz onların maliyyə qaynağını tapmalı və fəaliyyətlərini zərərsizləşdirməliyik.

Şəymən






SON XƏBƏRLƏR

2018-07-18