2018-07-11 18:17:23   |   294 dəfə oxunub

"Hörmüz boğazının bağlanması neftin bahalaşmasına səbəb olub"



"Hazırda neftin qiymətinə təsir edən amil İranla ABŞ-ın Hörmüz boğazı ilə bağlı olan yeni mübahisəsidir”

Bunu "Sherg.az”a Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban Azərbaycan neftinin qiymətinin 80 dolları keçməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bəzi faktorlardan dolayı neftin artan qiymət trendi hazırda enməkdədir:

"Gün başlayandan neftin qiymətində 2.45 faiz azalma müşahidə olunub. Neftin qiymətindəki artımla bağlı açıqlamalarımda hər dəfə qeyd edirəm ki, qara qızılın qiymətinə təsir göstərən əsasən siyasi amillərdir. Bu siyasi amillər içərisində İran və ABŞ faktorları özlərini daha çox göstərirlər. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və bununla bağlı bir çox amillər neftin qiymətində müəyyən qədər bahalaşmaya yol açdı. 

Hazırda ABŞ ilə İran arasında yeni bir "söz güləşdirməsi” olan Hörmüz boğazının bağlanması məsələsi neftin qiymətində bəzi artım tendensiyasına yol açıb. İki dövlət arasında başlanan bu narazılıq neftin qiymətinin 78 dollar həddini keçməsinə səbəb oldu. Hazırda qara qızılın qiymətinə təsir edən siyasi faktorlar səngiməkdədir”.

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,92 dollar və yaxud 1,16% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 80,36 dollar/barelə bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-07-18