2018-07-11 19:15:45   |   221 dəfə oxunub

Elmar Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib



Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, görüş Brüsseldə NATO-nun sammiti çərçivəsində baş tutub.






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22