2018-07-11 23:33:12   |   220 dəfə oxunub

NATO sammiti təsdiqləyib: 2020-ci ilədək 30 batalyon və 30 hava eskadrilyası yaradılacaq



NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə 30 gün ərzində düzülməyə hazır olan 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasını təsdiqləyib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib
Bundan əlavə sammitdə kibermüdafiə və hibrid təhdidlərlə mübarizə aparmaq üçün bölmələrin yaradılması təsdiqlənib. Həmçinin ABŞ və Almaniyada iki yeni qərargahın yaradılması qərara alınıb.
Yens Stoltenberq bildirib ki, toplantıda ittifaqa üzv ölkələrinin hərbi xərclərinin 2024-cü ilədək 266 milyard dollar artırılmasına dair milli planlar təsdiqlənib.






SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22