2018-07-13 18:20:22   |   1460 dəfə oxunub

TRT “Əhməd Cavad: Susma”, “Lalələr: Qafqaz İslam Ordusu və şəhidləri” adlı sənədli filmlər ÇƏKİR



Tanınmış türkiyəli jurnalist Cem Oğuz "Şərq” qəzeti redaksiyasında olub. 
"Sherg.az”ın xəbərinə görə, C.Oğuz Azərbaycana Türkiyə Radio Televiziya Qurumunun (TRT) layihəsi olan iki sənədli filmin çəkilişi üçün təşrif buyurub. O, "Şərq" qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlıdan hər iki film üçün müsahibə alıb. Layihələr haqqında məlumat verən C.Oğuz bildirib ki, onun ssenaristi və rejissoru olduğu filmlərdən biri "Əhməd Cavad: Susma” sənədli filmi, digəri isə "Lalələr: Qafqaz İslam Ordusu və şəhidləri”dir:


"Hər iki layihənin adı şeirdən götürülüb və TRT üçün hazırlanır. Təbii ki, Azərbaycan bizim üçün qardaş ölkədir və bu filmlərin çəkilməsi bizim üçün çox önəmlidir. 

Türkiyə Prezidentinin andiçmə mərasimindən sonra ilk səfərini Azərbaycanı etməsi də bu dəyərin göstəricisidir. Bu baxımdan, hər iki layihəyə telekanal tərəfindən böyük önəm verilir. Sənədli filmlərin sentyabrın 15-də Prezident sarayında təqdimatı həyata keçiriləcək.

Həmçinin Əhməd Cavadın şeirlərinə bəstələnmiş musiqilərdən ibarət konsertin gerçəkləşməsi də planlaşdırılır. Bu konsert proqramını isə TRT radiosu təşkil edir. Biz də bu çərçivədə artıq Azərbaycandakı çəkilişləri həyata keçirib, Türkiyəyə dönər-dönməz filmlərin montajını bitirəcəyik.

Hər iki layihənin ortaya çıxmasında göstərdiyi dəstəyə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala xüsusi təşəkkür edirəm”.












SON XƏBƏRLƏR

2018-09-25