2018-07-14 08:11:15   |   1055 dəfə oxunub

Bu gün DÇ-2018-nin ilk mükafatçısı məlum olacaq




Rusiyada keçirilən dünya çempionatı yekunlaşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bu gün ilk mükafatçı bilinəcək.

Belə ki, Belçika ilə İngiltərə bürünc medal uğrunda mübarizədə üz-üzə gələcək. Heyəti ulduz futbolçulardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapmaq arzusundadır.
Gənc oyunçulardan qurulan ingilislərin isə final yolunu Xorvatiya kəsmişdi. Qaret Sautqeytin komandası bürünc mükafatı növbəti böyük turnir üçün stimul olaraq görür.

Dünya çempionatı
3-cü yer uğrunda oyun

14 iyul
18:00. Belçika – İngiltərə


Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25