2018-07-14 10:42:45   |   1221 dəfə oxunub

Mustafa Ceceli o mesajdan sonra arvadını boşayıb



Türkiyənin tanınmış müğənnisi Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedikdən boşanma xəbəri maqazin dünyasında ən çox müzakirə olunan xəbər idi.

Boşanandan qısa müddət sonra Cecelinin Selin İmerle sevgi münasibətinin ortaya çıxması Mustafanın başqa qadına görə ailəsini dağıtdığı iddiasını gücləndirmiş, Ceceli dərin təzyiqlərə və tənqidlərə məruz qalmışdı.
Türkiyə mediasında məhkəmə prosesi ilə bağlı yayılan məlumatlar olayın tam başqa səbəblərini üzə çıxarıb.
Bəlli olub ki, Mustafa Cecelinin boşanmağa qərar verməsinin səbəbi həyat yoldaşının onu aldatmasıddır. Üstəlik Sinem Mustafanı həmcinsi ilə aldadıb.
Belə ki, Ceceli məhkəmədə ona mail vasitəsilə "Arvadın müğənni İntizarla eşq yaşayır” mesajının gəldiyini deyib. Məktubda yazılanlara inanmayan Mustafaya daha sonra onların sevgi münasibətini əks etdirən fotolar və videolar göndərilib. Mustafa isə əlindəki faktları təqdim edərək, Sinem Gedikin analıqdan məhrum edilməsini istəyib. (lent.az)

İntizarın işlədiyi "Poll Production” musiqi şirkətinin rəhbəri Polat Yağcı isə müğənni ilə bağlı yayılan xəbərləri əsas gətirərək, onunla yollarını ayırdığını deyib.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20