2018-07-15 15:10:22   |   147 dəfə oxunub

Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi



İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib.
Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan olunub.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.






SON XƏBƏRLƏR

2018-08-17