2018-07-15 18:00:22   |   266 dəfə oxunub

Bakıda məşhur ticarət mərkəzində güclü yanğın olub

 
Fövqəladə Hallar Nazirliyi bu gün "Riyad" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
 FHN-nin saytının  verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18