2018-07-15 23:00:44   |   244 dəfə oxunub

Leysan Qərb bölgəsində fəsadlar törətdi



Qərb bölgəsinə yağan yağış bir sıra fəsadlar yaradıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, iki gündür bölgəyə yağan güclü yağış bir sıra çətinliklər yaradıb. Yağış Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.


Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və sair tərəvəz bitkilərini kökündən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayiət olunan yağış nəticəsində yerə tökülüb. Həmçinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan müəyyən evləri su basıb.

Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektrik enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdində mövcud durumla əlaqədar fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır.






SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22