2018-07-18 16:45:48   |   246 dəfə oxunub

"Google"a görünməmiş cəza - 4,34 MİLYARD AVRO!




Avropa Komissiyası ABŞ-ın "Google” şirkətini rekord məbləğdə cərimələmək qərarına gəlib.
İKT.lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager açıqlayıb. O bildirib ki, şirkət Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir.

M. Vestager deyib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız "Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub: "Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər”.

Komissar qeyd edib ki, cərimənin məbləği Avropa qaydalarını pozmağın ciddi məsuliyyət yaratdığını göstərir. Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, "Google”un daxil olduğu "Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək. "İndi "Google”un doxsan günü var ki, özünün bazardakı mövqeyindən sui - istifadəyə əsaslanan biznes praktikasından imtina etsin. Sadə sözlə desək, "Google” avropalı istifadəçilərin seçiminə təsir etməyi dayandırmalıdır”, - deyə M. Vestager söyləyib.

ABŞ şirkəti isə Avrokomissiyanın qərarından şikayət verəcəyini açıqlayıb.






SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22