2018-07-22 20:08:41   |   1059 dəfə oxunub

Dünya çempionatının rekordçusu karyerasını bitirdi




Meksika millisinin kapitanı Rafael Markes karyerasını bitirib. Apasport.az saytı xəbər verir ki, bunu 39 yaşlı müdafiəçi özü tvitter səhifəsi vasitəsilə elan edib.

Sabiq "Barselona”lı 21 illik peşəkar karyerası ərzində onu dəstəkləyən azarkeşlərə minnətdarlığını bildirib. Markes ardıcıl 5 dünya çempionatında kapitan kimi meydana çıxmaqla rekorda imza atıb. O, bundan sonra "Atlas”da rəhbər vəzifədə çalışacaq.

Qeyd edək ki, karyerası ərzində "Atlas”, "Monako”, "Barselona”, "Nyu-York Red Bull”, "Leon” və "Verona” kimi klubların formasını geyinmiş Rafael Markes 20 kubok qazanıb.






SON XƏBƏRLƏR

2018-11-21