2018-07-29 22:51:34   |   626 dəfə oxunub

Buffon: "Yuventus" məni ancaq tamaşaçı kimi maraqlandırır"



Mövsümün sonunda "Yuventus”dan ayrılan Canluici Buffon Kriştiano Ronaldonun Turin klubuna keçidinə şərh vermək istəməyib.

 "Qol.az”ın  xəbərinə görə, portuqaliyalı ulduzla bağlı sualı cavabsız qoyan 40 yaşlı qolkiper sabiq klubunun artıq onu sadəcə bir tamaşaçı kimi maraqlandırdığını deyib:

"İndi "Yuventus” məni ancaq tamaşaçı kimi maraqlandırır. O da PSJ kimi məşhur klubdur. Zənnimcə, hər iki klub rəqabətəmeylli heyət qurmaq üçün bütün gücünü ortaya qoyur. Keçmişdə necə işləyiblərsə, gələcəkdə də belə davam edəcəklər”.

Qeyd edək ki, mövsümün sonunda "Yuventus”la müqaviləsi başa çatan Buffon PSJ-yə transfer olunub.






SON XƏBƏRLƏR

2018-11-21