2018-07-31 13:29:18   |   1403 dəfə oxunub

Nəriman Əbdülrəhmanlı Krımda keçiriləcək festivalda iştirakdan imtina edib

 

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı avqustun 16-19-da Krımda keçiriləcək "Ziyalı mövsümü” adlı ədəbi-musiqili festivalda iştirakdan imtina edib. Onu bir çox əcnəbi qonaqların da qatılacağı tədbirə Rusiya Yazıçılar İttifaqının Cənubi Federal Dairəsi şöbəsi dəvət eləyib. Yazıçı festivalda iştirakdan və Azərbaycanı təmsil eləməkdən imtinasının səbəbini beynəlxalq qanunlara və Ukrayna dövlətinin ərazi bütövlüyünə hörmətlə yanaşması ilə izah edib:

-Əlbəttə, belə bir gözəl məkanda təşkil olunan tədbirlərdə iştirak eləmək hər bir yaradıcı insanın arzusudur. Amma Krım de-yure Ukrayna dövlətinin subyektidir, buna görə də suveren dövlətin razılığı olmadan işğal edilmiş ərazi statusu olan bir yerə getmək yolverilməzdir, bu, ən azı, "persona non-qrata” ("arzuolunmaz şəxs”) kimi qara siyahıya düşməyimə səbəb ola bilərdi. 

Eləcə də Azərbaycanın işğal altında olan ərazilərində dövlətimizin iradəsindən kənar təşkil olunan bu cür tədbirlərdə əcnəbi yaradıcı insanların iştirakına da yoverilməz hal kimi baxıram. Üstəlik, elə bu gün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Masriya Zaxarovanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik əlaməti olan abəyanatı da məndə atdığım adamın düzgünlüyünə şübhə yeri qoymur. Belə məsələlərdə yaradıcı insandan çox vətəndaş kimi hərəkət eləmək daha əxlaqidir.









SON XƏBƏRLƏR

2018-09-26