2018-07-31 23:42:21   |   554 dəfə oxunub

"Toppuş bacı" da xərçəng xəstəliyinə tutuldu - Foto



"Toppuş bacı" kimi tanınan , əməkdar artit Tünzalə Əliyeva xərçəng xəstəliyinə tutulub.
Musavat.com xəbər verir ki, bu barədə aktrisanı Milli Onkoloji Xəstəxanada ziyarət edən Hacı Nuran məlumat yayıb:

"Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən. Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da ... Amma burada bir dərman da var: inam. İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona "Allah şəfa versin" deyib, ən xoş arzularımı diləyirəm. Məgər, məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi? Gəlin, hamılıqla ağır xərçəng xəstəliyinə duçar olan, yataqda şəfa inamı ilə yaşayan cəmi 45 yaşı (15.02.1973) olan gözəl insan, "Toppuş bacı" obrazını canlandıran, təkrarolunmaz aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Əliyevaya dua edək və ona kömək olaq".






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18