2018-08-02 02:17:11   |   496 dəfə oxunub

Rasim Balayev Prezidentə təşəkkür etdi

“Şöhrət” ordeni adına layiq görülmüşdüm deyə, “Şərəf” ordeninə layiq görüləcəyimi gözləyirdim”


Prezident İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Rasim Balayevi "Şərəf” ordeni ilə təltif edib.

Şərəf ordeninə layiq görülən Rasim Balayev "Şərq”ə təəssüratlarını bölüşdü. "Mən ilk növbədə dövlət başçımız cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mənim yaradıcılığıma, sənətimə verilən dəyər təbii ki, məni xoşhal edir. Mən 50 yaşımda "Şöhrət” ordeninə layiq görülmüşdüm. Kinomuzun 120 illik yubileyi münasibətilə kino xadimlərinə dövlət başçımızın diqqətini gözləyirdim. 

"Şöhrət” ordeni adına layiq görülmüşdüm deyə, səmimi desəm, "Şərəf” ordeninə layiq görüləcəyimi gözləyirdim. Daha dəqiq təxmin edirdim ki, bu günlər bu diqqət olacaq. Bir də təşəkkür edirəm. Özüm hələ efirdə Prezidentin bu sərəncamını eşitməmişəm, efirdən xəbərlər proqramında bu xəbərin səslənməsini gözləyirəm. 

Amma ilk mənə kinostudiyanın direktoru məlumat verdi, zəng edib təbrik etdi. Mən bu yaşda nə istəyə bilərəm, bir az cansağlığı, bir az da iş. Yəni nə qədər imkanım var, filmlərə çəkilim. Başqa bu yaşda nə arzulamaq olar ki? Həyatda insanın canından əziz heç nə olmur. Allah cansağlığını bizə çox görməsin. Kinomuzun 120 illiyi münasibətilə mükafat alan bütün kino işçilərini təbrik edirəm. Mətbuata da bu diqqət üçün təşəkkürlərimi bildirirəm. Mətbuat bizim kimi aktyorları diqqətdə saxlayır”.

Tahirə







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25