2018-08-02 18:43:06   |   818 dəfə oxunub

Prezidentimiz sənətçilərə hər zaman diqqət göstərib - Ramiz Əzizbəyli



Azərbaycan kinosunda danılmaz xidməti olan xalq artisti Ramiz Əzizbəyli Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə « Şöhrət» ordeni ilə təltif edilib. Ramiz Əzizbəyli «Şərq»in oxucuları ilə bu sevincini bölüşüb:

 «Çox xoşbəxtəm, sənətimə, yaradıcılığıma verilən bu diqqətə görə çox təşəkkür edirəm. Dövlət başçımız Azərbaycan sənətçilərinə hər zaman diqqətini göstərib. Azərbaycan kinosunun 120 illiyində bunun bir daha şahidi olduq. Hər bir sənət adamı istəyir ki, onun sənətinə dəyər verilsin. Bu dəyər sağlığında hiss edilsin. Təbii ki, bir sənətkar olaraq mən də o dəyəri umuram, gözləyirəm.
Bir daha prezidentimizə özümün və ailəmin adından təşəkkür edirəm. Bu xəbəri ilk mənə kinosutudiyadan verdilər. Təbii ki, xəbəri mənə ilk çatdıran insana da muştuluq hədiyyəm olacaq. Kino sahəsində əməyi olan hər bir həmkarımı da 120 illik yubiley münasibətilə təbrik edirəm»

Ramiz Əzizbəyli söhbət əsnasında onu da vurğuladı ki, mükafat alması münasibətilə o qədər təbriklər, zənglər gəlib ki, hər kəsə təşəkkürünü bildirir: 

«Hamıya təşəkkür edirəm. Mükafatı da aldıqdan sonra istirahətin vaxtı çatdı. Bir həftəlik kəndə, Mədrəsəyə gedib ailəmlə dincələcəm. Yaydı, istirahət etmək vacibdi. Sağ olsun, jürnalistlər hər gün zəng edirlər, darıxmmağa qoymurlar».

Tahirə







SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21