2018-08-03 17:04:46   |   1045 dəfə oxunub

AYB-nin Ağsaqqallar Şurası Xalq Yazıçısını MÜDAFİƏYƏ QALXDI - Bəyanat



Bir neçə gündür ki, iş adamı Fərman Məmmədov özünə yaxın olan bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ağsaqqallar şurasının üzvü Elmira Axundovaya qarşı qaralama kampaniyasına başlayıb. Məhz ona görə də, AYB-nin Ağsaqqallar Şurası məlum məsələ ilə bağlı bəyanat yayıb

Bəyanatı təqdim edirik:

Görkəmli qələm sahibi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Yazıçılar Birliyinin Ağsaqqallar şurasının da üzvüdür. Son zamanlar bəzi mətbuat səhifələrində və saytlarda yazıçı-deputata qarşı yönəlmiş qaralama kompaniyasına öz münasibətmizi bildirməliyik. İstedadlı publisist Elmira Axundova həmişə dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına xidmət edib. Onun fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev: "Elmira Axundova çox dəyərli bir insandır” – demişdir.

Ulu Öndərə minnətdarlığını və sədaqətini Elmira Axundova Heydər Əliyevə həsr olunmuş çoxcildliklərində ifadə etmişdir və bu kitablar bir çox xarici ölkədə də nəşr edilmişdir. Görünür müəyyən qüvvələr bütün bunları Elmira xanıma bağışlaya bilmir və onu hər cür ləkələməyə çalışırlar. Mediada yer alan faktlarda həqiqət varsa mətbuata yox, məhkəmə-istintaq orqanlarına müraciət edilməliydi. Məhz ancaq müəyyən media vasitələrindən istifadə olunması belə faktların həqiqətə uyğun olmamasına dəlalət edir. 

Şübhəli və qanunsuz yollarla əldə edilmiş, montaj olunmuş kompramatlardan istifadə edilərək ictimaiyyətə süni sensasiya təqdim olunur. Elmira xanıma yönəldilən ittihamlara hüquq daxilində qiymət verilməlidir. Məhkəmənin qərarı olmadan nüfuzlu ziyalıya, deputat-yazıçıya qarşı belə qaralama, ləkələməli kompaniyası fikrimizcə yol verilməzdir.

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası həmkarımız, Xalq yazıçsı, Şuramızın üzvü Elmira Axundovaya qarşı bu çirkin kampaniyaya son qoyulmasını tələb edir. 

Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, 

Xalq şairiNəriman Həsənzadə 

3 avqust 2018







SON XƏBƏRLƏR

2018-09-24