2018-07-08 23:50:22   |   333 dəfə oxunub

"Qarabağ" BATE-yə uduzdu



Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, bu gün turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Belarusun BATE klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi pley-off-da Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.



7 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyun

21:00. "Qarabağ” (Azərbaycan) - BATE (Belarus) - 0:1
Qol: Draqun, 36
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu






SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18