2018-08-08 20:04:00   |   583 dəfə oxunub

Ləğv prosesində olan 6 bank əmanətləri necə qaytaracaq ? - İZAH


"Bankların ləğv edilməsi prosesi zamanı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) hərraclarda bankın əmlakını satmaqla, onun verdiyi kreditləri qaytarmalıdır”.

Bunu "Sherg.az”a ADIF-in ləğv prosesində olan 6 bankın balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarmasına münasibət bildirərkən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

O qeyd edib ki, bankın borcu yalnız əmanətçilərə olmadığına görə, digər kreditorlara olan borclar da qaytarılmalıdır:

"Amma ilk növbədə məhz ADİF-in pulları qaytarılır. Çünki ölkədə əmanətlərin sığortalanması prosesi həyata keçirilir. Fond bankın bağlanacağı təqdirdə, əmanətçilərin vəsaitlərini özlərinə qaytarır. Bundan sonra, qaytardığı pulu bağlanan bankın əmlakından çıxır. Fond öz pulunu çıxarandan sonra digər əmanətçilərə, bankın kreditorlarına pulunu qaytarır.

Bizim bəzi bağlanmış baklarda vəziyyət fərqlidir. Məsələn, "Bank Standart” və "Texnika Bank”ın əmlakı o qədər azdır ki, Əmanətlərin Sığortalanması Fondunun kompensasiya etdiyi sığortalanmış əmanətlər belə tam ödənilmir. Ona görə, burada problem yarana bilər.

Qalan 4 bağlanmış bankla bağlı vəziyyət nisbətən yaxşıdır. Hərraca çıxarılmış əmlak, bankın qayıdan kreditləri hesabına əmanətçilərin əmanətləri qismən qaytarılacaq”.

Qeyd edək ki, ADIF Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan "Bank Standard” QSC, "Texnika Bank”, "Atra Bank”, "Kredo Bank”, "Bank of Azerbaijan” və "Royal Bank” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarır.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22