2018-08-08 23:35:35   |   182 dəfə oxunub

Pişiklər insanları biznesdə daha uğurlu edir – Alimlər açıqladı



"Proceedings of the Royal Society B” maraqlı bir araşdırma edib. Pişiklərin insanlar üzərində təsirlərini öyrənən alimlər maraqlı nəticələr əldə ediblər.

Minval.İnfo xəbər verir ki, alimlər pişiklərin, "Toxoplasma gondii” infeksiyasının daşıyıcıları olduqlarını və bu infeksiyanın pişiklərdən insanlara keçə bildiyini müəyyən ediblər.

Bu infeksiya insan orqanizmasına nüfuz etdikdə beyində yayılıb insanların xarakterlərində dəyişikliklərə səbəb olur.
Alimlər müəyyən ediblər ki, bu infeksiya biznesdə insanların daha çox risk etməsinə səbəb olur. 1300 nəfərin üzərində aparılmış araşdırmaya görə bu parazitə məruz qalan insanlar adi insanlara nisbətən 1.4 dəfə biznes sahəsində təkmilləşmiş olur. Bu tip insanların digərlərinə nisbətən 1.7 dəfə daha çox menecmentlik və sahibkarlıq sahələrində uğur qazandıqları tapılıb.






SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22