2018-08-08 23:55:05   |   274 dəfə oxunub

15 il bir mağarada əsir saxlanan qadın xilas edildi



2003-cü ildə ailəsi tərəfindən yerli şamana verilən qız, 28 yaşında nəhəng qayaların arxasındakı mağaradan tapıldı.




82 yaşlı şaman ifadəsində cinlərin bədəninə girdiyini söyləyərək qurbanına təcavüz etdiyini söyləyib. İndoneziyada 15 il bir mağarada əsir saxlanan qadın xilas edildi. CNN İnternational, 28 yaşlı qadının yerli bir şaman tərəfindən təcavüzə məruz qaldığını xüsusi xəbəriylə dünyaya eşitdirdi. Qadın, Bajugan kəndi yaxınlığında böyük qayaların arxasında tapılıb. 83 yaşlı Jago adlı şamanın sorğulanmasıyla qurban qadın tapılıb. Adı açıqlanmayan qadının, 2003-cü ildə ailəsi tərəfindən öyrədilməsi üçün 13 yaşında şamana təslim edildiyi bildirilir. Jago qısa müddət sonra ailəyə qızlarının qaçdığını söyləyib. Ailənin bütün səylərinə baxmayaraq, qız uşağından bir daha xəbər alınmayıb. Polisin həbs etdiyi Jago, ifadəsində bədəninə cinlər girdiyini iddia edərək qadına təcavüz etdiyini söyləyib. Polis, kənddən başqa qızların da bənzər şəkildə seks köləsi olmasından narahatdır.







SON XƏBƏRLƏR

2018-10-24
2018-10-23