2018-08-09 11:34:58   |   227 dəfə oxunub

Gürcüstanda dincələn Rusiya vətəndaşların sayı 23 faiz artıb


Bu ilin yanvar-iyul aylarında Gürcüstana Rusiyadan 890 min turist səfər edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Məlumat və analitika şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9% çoxdur.

O cümlədən iyulda rus turistlərinin qonşu ölkəyə axını illik müqayisədə 12,8% artaraq 247 min nəfər olub. Bu ay ərzində Gürcüstana səfər etmiş şəxslərin 22,8%-i deməkdir. Nəticədə son 12 ildə ruslar ilk dəfə ötən ay qonaq kimi ilk sıraya yüksəliblər.






SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22