2018-08-09 12:28:28   |   170 dəfə oxunub

“İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə akkreditasiyanı qazanıb



21.05.2018-ci il tarixində "İrəli” İctimai Birliyi Erasmus+ proqramı nəzdində olan Avropa Könüllülük Xidməti (European Volunteering Service) ilə bağlı olaraq akkreditasiyanın yenilənməsi və səviyyəsinin artırılması üçün müraciətin son mərhələsi olaraq EVS təmsilçisi olan Maja Selanla görüş keçirib. Görüş zamanı təşkilatın fəaliyyəti və planlaşdırılan aktivitilər haqqında təqdimat təqdim edilib. Eynisi ilə Avropa Könüllülük Xidməti üçün tələb olunan şərtlər və potensial müraciətlər müzakirə edilib.

Nəticədə isə "İrəli” İctimai Birliyi Avropa Komissiyasının EVS proqramı üzrə 2020-ci ilin sonuna kimi 2 tərəfli (Göndərən və Qəbul edən Təşkilat) akkreditasiyanı qazanıb. Paralel olaraq yeni təşəbbüs olan European Solidarity Corps üçün də bu akkreditasiya keçərli olub və yaxın zamanlarda hər iki platformalarda əməkdaşlıqların artırılması və yerli gəncləri məlumatlandırmaq üçün bir sıra tədbirlər keçiriləcəkdir.

Avropa Könüllülük Xidməti (EVS – European Voluntary Service) 2013-cü ildə Avropa İttifaqı tərəfindən qəbul edilmiş ERASMUS+ Proqramının əsas istiqamətlərindən biridir. Avropa Könüllülük Xidməti gənclərin Avropa ölkələrində müxtəlif layihələrdə könüllü fəaliyyət göstərməsini, həmçinin gənclərin özünü inkişaf etdirməsi məqsədini daşıyan proqramdır.

Avropa Könüllülük Xidməti (European Volunteering Service) azərbaycanlı gənclərə təcrübə, dil biliyinin inkişafı, başqa ölkələrinin mədəniyyəti ilə, həmçinin ölkəmizdə qonaq olan gəncləri Azərbaycan tarixi, mədəniyyəti ilə tanış olma imkanı qazandırır.

Qeyd edək ki, "İrəli” İctimai Birliyibeynəlxalq layihələrə, gənclərin beynəlxalq arenada Azərbaycanı təmsil etməsi, ölkəmizdə qonaq olan xarici vətəndaşlarla ünsiyyətdə olaraq onlara Azərbaycan mədəniyyətini aşılamağa çox əhəmiyyət verir.






SON XƏBƏRLƏR

2018-10-23
2018-10-22