2018-08-09 13:49:20   |   266 dəfə oxunub

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 36 faiz artıb


Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 941,159 milyon manat təşkil edib.

"Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,95% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 30,15% artaraq 498,119 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 35,4% artaraq 1 328,808 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə artaraq 93,504 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 11,8% artaraq 20,728 milyon manat olub.






SON XƏBƏRLƏR

2018-12-13