2018-08-09 15:23:47   |   417 dəfə oxunub

"Paşinyan və tərəfdarları qətlə yetirilə bilər" - Politoloq istisna etmir




"Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş, "Qarabağ klanı” adlanan cinayətkar ünsürlər hakimiyyəti ələ keçirdikdən sonra ermənilərə qarşı da cinayətlərə imza atdılar”.

Bunu "Sherg.az”a Ermənistanda baş alıb gedən həbslərin səbəblərini izah edərkən millət vəkili, politoloq Rasim Musabəyov söyləyib.

O qeyd edib ki, "Qarabağ klanı”nın nümayəndələri özlərinə qarşı etirazları zülm və cinayətlə yatırmağa çalışdılar:

"Erməni xalqı həmin şəxslərdən bezdiyinə görə, indi "təmizləyirlər”. Bu prosesin nə vaxta qədər davam edəcəyi, daha kimlərin həbs olunacağı isə sual altındadır. "Qarabağ klanı”nın nümayəndələri sui-qəsddən də çəkinən deyil. Ona görə, yeni baş nazir Nikol Paşinyanı və onun tərəfdarlarını qətlə yetirə biləcəklərini də istisna etmirəm. İstənilən halda, ermənilər özləri də, yeni hakimiyyət də bu klandan bezib. Həbslər davam edəcək. Amma Qarabağ məsələsini qabartmamağa çalışırlar. Çünki həbslərin əks-səda yaratması Dağlıq Qarabağ münaqişəsi barədə danışıqlarda ermənilər üçün mənfi nəticələnə bilər”.

R.Musabəyov onu da əlavə edib ki, hələlik xalq Nikol Paşinyanı dəstəkləyir:

"Ona görə, baş nazir özünü sığortalanmış hiss edir. Dəstəklə hakimiyyətə gəlməsə idi, onu indiyə qədər hətta güllələyə bilərdilər”.

Qeyd edək ki, Ermənistanda 1 mart qırğınları ilə əlaqədar açılmış cinayət işi üzrə həbslər davam edir. Robert Koçaryan və onun komandasının bəzi üzvlərinin həbs edilməsindən sonra, Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan da həbs edilib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18