2018-08-09 19:39:04   |   233 dəfə oxunub

Uşaqlar məcburi tibbi müayinədən keçəcəklər - Dövlət Proqramı təsdiq edildi



Prezident İlham Əliyev "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"xəbər verir ki, sərəncamda qeyd edilir ki, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

Səhiyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25