2018-08-10 11:39:48   |   408 dəfə oxunub

Sarkisyan dilemma qarşısında: Dağlıq Qarabağ, yoxsa İrəvan - Sonu başlayır


 
"Ermənistanın eks-prezidenti Serj Sarkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Sərkisyanın iki variantı var. O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Köçəryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq".

Bu barədə "Sherg.az"a politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib. Ekspertin sözlərinə görə, Sarkisyan birinci varianta üstünlük verərsə, onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq:

"Ancaq bu varianta Qarabağdakı separatçıların hazırki idarəediciləri razılaşmayacaqlar. Çünki Qarabağ separatçıları Sarkisyanı qorusalar və İrəvana təhvil verməsələr Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də, Qarabağ separatçıları üçün müsbət qərar o olar ki, Serj Sarkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın.

Bu arada, Nikol Paşinyan 17 avqustda İrəvanda keçirəcəyi mitinqə Qarabağdakı gənc tərəfdarlarını da dəvət edib. Bu Paşinyana ona görə lazımdır ki, onun Robert Köçəryana və Serj Sarkisyana qarşı mübarizəsi Qarabağ ermənilərinə qarşı mübarizəsi kimi dəyərləndirilməsin".

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18