2018-08-10 12:06:39   |   142 dəfə oxunub

DİN: Şamaxıda biçilmiş taxıl sahəsini yandıran iki nəfər saxlanılıb


Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində avqustun 9-da 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

DİN-nin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.






SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18