2018-08-10 12:19:41   |   141 dəfə oxunub

Ürəyi xəstə olanlar sükan arxasına oturmamalıdır

İnsanlar sağlamlıqlarına çox biganədir, ona görə faciə yaşanır




Şamaxıda bədbəxt hadisə baş verib. Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində Xınıslı kənd sakini 48 yaşlı Eldəniz Piriyev idarə etdiyi "VAZ 2106” markalı avtomobilinin sükanı arxasında ölü tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ürək problemi olan Eldəniz Piriyevin maşın sürərkən halının pisləşdiyi və avtomobili yolun kənarında saxladıqdan sonra dünyasını dəyişdiyi ehtimal olunur. Mərhumun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

Tibb eksperti, professor Adil Qeybulla bildirib ki, ürəyin qəflətən dayanması deyilən hadisə var ki, onun səbəbi tam araşdırılmayıb. Amma heç nə səbəbsiz deyil. Bu vəziyyətə gətirib çıxaran faktorlar var. Ancaq ürəkdə aritmiyalar və trombimariya ölümlə nəticələnə bilir: 

"Bizim insanların sağlamlıqlarına qarşı biganə olduğunu vurğulayan professorun sözlərinə görə, heç kim vaxtlı-vaxtında çek-up müayinələrindən keçmir. Hətta sürücülük vəsiqəsi üçün alınan arayışlar belə formal olur. Amma hər şeyi dövlət strukturlarının üstünə yıxmaq da düzgün deyil. İnsanlarımızda da məsuliyyətsizlik var. Ürəyi xəstə olan adamlar heç vaxt sükan arxasına oturmamalıdır. Əgər başqa seçimi yoxdursa, yanında kimsə olmalıdır. Çünki istənilən situasiyada trombimariya baş verə bilər”.

Professor hesab edir ki, insanlar özlərini qəfil ölümlərdən qoruya bilərlər: 

"Bu cür halların baş verməməsindən ötrü belə şəxslər üçün xolter monitorlanması həyata keçirilməlidir. Qəfil ürək dayanması ürəkdə mübadilə pozuntusudur, ürək mədəciyindəki ocaqdan başlanğıc götürən ekstradisiyalar var ki, ürəyin dayanmasına gətirib çıxara bilər. Müxtəlif ürək qüsurları, ürəyin işemik xəstəlikləri, infarkt ürəyin dayanmasına səbəb ola bilər. 

Gənc yaşlı insanlarda ürəktutmaları patologiyadan xəbər verir”. Həkimin sözlərinə görə, ürək tutmaları hər adamda ola bilər: "Ürək daim işləyən orqandır. Bəzən ürəyin hansısa orqanında patologiya həyatla bir araya sığmır. İstənilən orqanda baş verən patologiya dərhal həyati əhəmiyyət kəsb edir. Bu, ürək dayanmasına və dərhal ölümə gətirib çıxara bilər. 

Qaraciyər fəaliyyətini dayandırarsa, xəstə müalicə alaraq, bir müddət yaşaya bilər. Amma ürək elə deyil. Orqanizmdə bir nasos funksiyası daşıyır. Bəzən böyrək xəstəlikləri olur ki, o da yüksək təzyiqlə müşayiət olunur. Bəzən müxtəlif patologiyalar görürük ki, bunlar ürəktutmalarına səbəb ola bilər. Bəzən arıq adama təsadüf edirik ki, xolestrini çox olur. Paradoksal olsa da, kifayət qədər müxtəlif nəticələr görürük. Ürəkdə olan anadangəlmə, qazanılma patologiyalar problem yarada bilər”.

Şəymən







SON XƏBƏRLƏR

2018-08-19
2018-08-18