2018-08-10 21:11:13   |   574 dəfə oxunub

Azərbaycan atletləri Avropa çempionatının finalında


Berlində atletika üzrə Avropa çempionatı keçirilir. Azərbaycan bu çempionatda üç idmançı ilə təmsil olunur. Modern.az xəbər verir ki, idmançılarımızdan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edirlər.

Avqustun 10-da kişilərin üçtəkanla uzunluğa tullanma yarışlarının təsnifat mərhələlərində çıxış edən Azərbaycan atletləri Aleksis Kopello və Nazim Babayev qitə çempionatının finalına vəsiqə qazanıblar. A.Kopello 16,82 metr nəticə ilə bütün rəqiblərini geridə qoyaraq birinci olub və həlledici mərhələyə yüksəlib. Digər idmançımız N.Babayev isə 16,54 metr göstərici ilə beşinci olub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib.

Çempionatın üçtəkanla tullanma yarışlarının finalı avqustun 12-də təşkil ediləcək.

Atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparırlar.






SON XƏBƏRLƏR

2018-11-15