2018-08-12 13:48:38   |   539 dəfə oxunub

O ailə 35 il adada yaşadı


 Tarixin tozlu səhifələrindəki  fotolardan bəlli olan Tomas Bell, gerçək Robinzon 
Kruz olaraq tanınır. İngiltərənin Yorkshire qəsəbəsində  yaşayan Tomas Bell, işdən çıxarıldıqdan sonra ailəsini də götürüb, sakit adanın ən kimsəsiz bölgəsində 35 il  yaşadı.








Londonlu yazar Lydia Sysonun, 'Mr. Peacock's Possessions' adlı kitabında nəql etdiyi hekayənin əsl qəhrəmanı, Tomas Bell və ailəsidir. Bell, hər şeydən imtina edib, ailəsini də yanına götürərək kimsəsiz bir adada həyatla mübarizə aparan  bir adamdır.
 Öz ölkəsinin kralı olmaq istəyən Tomas Bell 35 il, indi   Raol adlanan  bir  sakit adada yaşadı. 1879-cu ildə Yeni Zellandiyalı Bell ailəsi, uzaq bir  adanın tək sakinləri idi. Mədəniyyətdən uzaq olan bu adada yaşamağa başlayan Bell, ailəsini də özüylə birlikdə Robinzon Kruze həyatı sürməyə məcbur etdi.
Bellin  yaşamaq üçün seçdiyi Raoul adası, yalnız keçi və itlərə ev sahibliyi edirdi. Tomas Bell və ailəsi 35 il boyunca dəniz canlıları, vəhşi keçilər, köklər və meyvələr yeyərək həyatda qaldı.
Bellin ailəsinin iki kişi üzvü bir xərəklə taxta qutular daşıyır. Tomas Bell və həyat yoldaşı Frederica ilə altı uşaqları Hettie, Bessie, Mary, Tom, Harry və Jack ilə o kiçik  komada yaşadı. Adanın yaxınlığından  keçərkən tüstü  çıxan düşərgəni  görən "Sissy" adlı gəminin kapitanı və işçiləri Bell ailəsini qurtarmaq üçün gələndə  onların adada yaşadığını öyrəndi.

O ailədən  geriyə də bu fotoşəkillər qaldı. Bu qəribə ailənin hekayəsi Lydia Syson tərəfindən "Mr Peacock's Possessions" adıyla roman halına gətirildi.









SON XƏBƏRLƏR

2018-09-25