2018-08-15 00:18:40   |   411 dəfə oxunub

Qurbanlığı avtomobil qiymətinə satdı



 Kütahyada heyvan bazarında satışa təqdim edilən 1 ton 600 kiloqram ağırlığındakı qurbanlıq sahibini tapıb.

İndiyə qədər bir çox adamın təklif verdiyini, ancaq onun 28 min lirə istədiyini söyləyən Əli Mərcan, gözü kimi baxdığı malını 25 min 500 lirəyə  - avtomobil qiymətinə satdı.
"2 il yarımdır xüsusi baxıb, bəsləyirəm. Ağırlığı və böyüklüyünə görə bazara gətirdik. Simental cinsli mal-qara ilə hər kəs maraqlanır. Onunla şəkil çəkdirirlər. Mən 28 min lirə istəyirdim, amma bir yoldaş gəldi və uzun bazarlıqdan sonra 25 min 500 lirəyə aldı. Xeyirini görsün.”
Qurbanlığı alan isə adının açıqlanmasını istəməyib.







SON XƏBƏRLƏR

2018-11-20