2018-08-15 21:13:20   |   512 dəfə oxunub

Millimiz İsveçə qalib gəldi



Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 CEV Avropa Çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb. Modern.az xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.

Avropa çempionatı seçmə mərhələsi, I tur

Azərbaycan - İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10)






SON XƏBƏRLƏR

2018-11-21