2018-08-17 01:20:59   |   611 dəfə oxunub

“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi




"Qarabağ”ın UEFA Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, Ağdam klubu qrup mərhələsinə vəsiqə uğrunda Moldova çempionu "Şerif”lə mübarizə aparacaq.

Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın "Valyur” klubunu mübarizədən kənarlaşdırıb.

İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərə qolu sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

16 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

"Valyur” (İslandiya) - "Şerif" (Moldova) 2:1
Qollar: Siqurdsson, 40 (1:0), Badibanqa, 69 (1:1), Halldorsson, 90+1 (2:1)
İlk oyun - 0:1

Qeyd edək ki, "Qarabağ” ötən il ÇL-in III təsnifat mərhələsində "Şerif”i mübarizədən kənarlaşdırmışdı. İlk oyunda Bakıda hesab açılmamışdı. Cavab matçında isə "Qarabağ” səfərdə qələbə qazanmağı bacarmışdı - 2:1.

Əlavə edək ki, "Qarabağ" "Şerif"lə ilk oyununu səfərdə keçirəcək.






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20