2018-08-17 14:23:52   |   320 dəfə oxunub

Onlar xülyadan ayılmayıblar - “Böyük Ermənistan xəritəsi”nə ciddi reaksiya verilməlidir



"Uydurma "böyük Ermənistan” xəritəsi tarix boyu erməni ideyasının əsas prinsipi olub. Ermənilər yanlış, reallığa uyğun olmayan ideyanı ortaya ataraq, günümüzə qədər daşıyıblar”. 

Bunu "Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib. Erməni cəmiyyətində, orta məktəb dərsliklərində geniş təbliğ olunan "böyük Ermənistan xəritəsi” ilə bağlı danışan QAT sədri bildirib ki, bu sərsəm ideyanın kökü Daşnakstyün təşkilatından qabaqkı dövrə gedib çıxır:

 "Ermənilərin Nijde Qaregin deyilən şovinist ideoloqu var idi. Bu absurd fikir ondan qaynaqlanır. Hətta Ermənistanda az-çox düşünməyi bacaran insanlar belə "Böyük Ermənistan” xülyasından vaz keçməyi bacarmırlar. Əslində bu cür xəyallar ermənilər üçün çox vacibdir, çünki əks halda erməni dövləti və xalqı deyə bir şey qalmayacaq, zamanla parçalanıb dağılacaqlar. Düşmən ölkə bütün əməllərini bu prinsip üzərində qurub”.

A.Nağı vurğulayıb ki, Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə, İrana, Gürcüstana, hətta Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edib: 

"1988-ci ildə Qarabağ məsələsi başlayanda ermənilərin baş keşişi açıq şəkildə Rusiya ərazilərinin də Ermənistana verilməsini tələb edirdi. Düşmənin "Böyük Ermənistan” ideyasından dolayı birbaşa zərər çəkən ölkə Azərbaycandır. Ancaq göründüyü kimi Ermənistan sadəcə Azərbaycan torpaqları ilə kifayətlənmir. Qonşu ölkələrin ərazilərinə də göz dikir və bunu açıq şəkildə təbliğ edir. Hesab edirəm ki, erməni həyasızlığının qarşısını alacaq yeganə ölkə Azərbaycandır. 

Vaxt gələcək, milli ordumuz ermənilərin burnunu sındıracaq, əl-ayaqlarını yığışdıracaq. Azərbaycandan sarsıdıcı zərbə alan düşmən bir daha heç kimin torpağına iddia etməyəcək”. 

Ekspertin sözlərinə görə, qonşu dövlətlər və beynəlxalq təşkilatlar da uydurma xəritəyə ciddi reaksiya verməlidir:

 "Bir neçə ölkəyə ərazi iddiası həmin dövlətlərin ortaq mövqedən çıxmasını şərtləndirir. Məsələyə əhəmiyyətsiz yanaşmaq olmaz. Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edərək, ermənilərin bitməz-tükənməz iştahasına son vermək lazımdır”.

Qeyd edək ki, Azərbaycanla yanaşı, digər qonşu ölkələrə də ərazi iddialarını gizlətməyən Ermənistan bu "missiya”nı müxtəlif təbliğat yolları ilə xalqın beyninə yeridir. Məktəb dərsliklərinə qondarma "böyük Ermənistan”la bağlı mövzular salınır, insanların daha çox olduğu yerlərdə müvafiq plakatlar asılır. Təsadüfi deyil ki, bu yaxınlarda İrəvanın mərkəzində "15 regiondan ibarət böyük Ermənistan”ın xəritəsinin əks olunduğu plakat asılıb. Qondarma xəritədə Azərbaycanla yanaşı, Türkiyə, İran və Gürcüstana qarşı da ərazi iddiaları açıq-aşkar öz əksini tapıb.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17