2018-08-17 16:49:20   |   1013 dəfə oxunub

"Xəzər dənizi tarixi bir razılaşmanın MƏRKƏZİNDƏ... " - "Le Monde" Konvensiyadan yazdı




Frnsanın "Le monde" qəzetində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə bağlı "Xəzər dənizi tarixi bir razılaşmanın mərkəzində..." başlıqlı məqalə dərc olunub.

"Sherg.az"ın "Le figaro.fr"ə istinadən verdiyi xəbərə görə, iki onillikdən sonra Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan dünyanın ən böyük düzlü gölü olan Xəzərin istismarına dair qaydalar müəyyən ediblər.Bu qayda və ya anlaşma Xəzərdəki neft, qaz və kürünün ədalətli bölüşdürülməsi üçün 20 ildən çox davam edən gərgin danışıqların nəticəsidir.

Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan dövlət başçıları bu ilin 12 avqust tarixində Xəzər dənizinin hüquqi statusunu müəyyən edən tarixi bir müqavilə imzaladılar. Qazaxıstanın Aktau limanında baş tutan bu razılaşma Sovet İttifaqı ləğv olunandan bu yana Xəzəryanı ölkələrin imzaladığı tam hüquqi konvensiyadır. Yeni müqavilənin bu ölkələr arasındakı bütün mübahisələrə son qoyacağını iddia etmək çətindir. Buna rəğmən Konvensiya təxminən 50 milyard barel neft, təqribən 300 trilyon kubmetr təbii qaz, eyni zamanda böyük karbohidrogen ehtiyatları olan bölgədə uzun müddət davam edən gərginliyin aradan qaldırılmasına kömək etməlidir.

Məqalədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Konvensiya ilə bağlı Sammitdəki çıxışına da toxunulub.

N.Nazarbayev qeyd edib ki, Xəzərin hüquqi statusuna dair konsensusun əldə olunması prosesi çətin başa gəldi və bu anlaşma çox böyük zaman aldı:

"20 ildən artıq davam edən danışıqlar tərəflərin əhəmiyyətli və birgə səyləri nəticəsində razılaşma ilə başa çatdı.

Bundan başqa, yazıda Rusiya prezidenti Vladimir Putinin də razılaşmaya dair mövqeyinə diqqət ayrılıb.

Bunun indiki dövrü üçün əhəmiyyətli bir anlaşma olduğunu bəyan edən V.Putin Xəzəryanı ölkələri daha böyük hərbi əməkdaşlığa çağırıb.

Azərbaycanda fəaliyyət göstərən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bu saziş Xəzəryanı sərhəddə yerləşən beş dövlət arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Eyni zamanda məqalədə vurğulanır ki, dünyanın ən qapalı ölkələrindən olan Türkmənistan razılaşmanın şərəfinə 12 avqust tarixini "Xəzər dənizi Günü" elan edib:

"Bu neftlə zəngin Mərkəzi Asiya ölkəsi Xəzər dənizinin dibində yerləşən sualtı boru kəmərləri vasitəsilə öz neftini Azərbaycan ərazisindən Avropa bazarlarına çıxaracaq. Bu layihə 5 milyard dollar həcmində qiymətləndirilir".

Ətraf mühitlə bağlı məsələlərdə Moskva və Tehran arasında mübahisəli məqamların olması mümkündür. Rusiya və İranın bu tarixi müqavilənin böyük zərərçəkənləri ola bilər.

Analitik Con Robert yazıb ki, Rusiya bir sıra məsələlərdə güzəştə gedərək, siyasi dalandan çıxmaq üçün bu Konvensiya ilə xal qazanır. 

Guya diplomatik razılaşmalar əldə edən bir ölkə olaraq imicini gücləndirir. Bundan əlavə, saziş Xəzər dənizində hərbi bazalara sahib olmaq üçün üçüncü ölkələri qadağan etməklə regionda rus hərbi hakimiyyətini möhkəmləndirməlidir.

İran da Azərbaycanla birgə layihələr həyata keçirmək üçün Konvensiyanın verdiyi imkanlardan istifadə edə bilər. İslam Respublikası keçmişdə Xəzər dənizindəki iddialarını müdafiə etmək üçün hərbi dəniz manevrlərini artırmağa çalışır.

Konvensiya iqtisadi və hərbi mülahizələrdən başqa, regionun ekoloji müxtəlifliyinin qorunmasına da böyük ümidlər yaradır.

Fransızcadan çevirdi: Ayyət ƏHMƏD







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24