2018-08-19 23:23:56   |   393 dəfə oxunub

“Beşiktaş” səfərdə 3 xalı üç qolla qazanıb




Futbol üzrə Türkiyə Superliqasının ikinci turunun növbəti oyununda "Beşiktaş” klubu səfərdə "BŞB Ərzurum” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, İstanbul komandası üç xalı rəqib qapısından keçirdiyi 3 qol sayəsində təmin edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 16-cı dəqiqəsində meydan sahiblərinin heyətində Jasmin Skuk hesabı açıb – 1:0. Fasilədən sonra oyun İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçib. Matçın 53-cü dəqiqəsində Gökhan Gönül, 76-cı dəqiqədə Alvaro Neqredo, 86-cı dəqiqədə isə Rikardo Kuarejma adlarını tabloya yazdırıblar.

Bu qələbə sayəsində xallarının sayını altıya çatdıran "Beşiktaş” çempionatda liderliyə yüksəlib.

Qeyd edək ki, ikinci tur çərçivəsində bu gün keçirilmiş "Akhisarspor” – "Rizəspor” oyunu 1:1 hesabı ilə başa çatıb.






SON XƏBƏRLƏR

2018-09-26