2018-08-20 16:40:51   |   649 dəfə oxunub

Çingiz Mustafayev adına Fond yazı müsabiqəsi elan etdi


Milli Qəhrəman Çingiz Mustafayev adına Fond "Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası" mövzusunda yazı müsabiqəsi keçirir.

Fonddan "Sherg.az"a daxil olan məlumata görə, şərtlər və mükafatlandırma aşağıdakı kimidir:

I. Mükafatlandırma

I yer (1 nəfər) – noutbuk

II yer (1 nəfər) – Raymond Weil şirkətinin Çingiz Mustafayevin ad günü münasibətilə buraxdığı xüsusi loqolu saat

III yer (1 nəfər) –"Caran d’Ache qələmi

Həvəsləndirici mükafat (3 nəfər)

II. Müsabiqənin şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.

Müsabiqəyə 2018-ci ilin avqust ayının 22-dən 27-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılarda işarə məhdudiyyəti yoxdur;

Yazıda "Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası" mövzusundakı müsabiqəsinə təqdim olunur" qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.

III. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:



Təqdimat məktubunda yer almalıdır:

• yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu, e-mail ünvanı;
• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
• yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.
IV. Təqdimat günü avqustun 29-da keçiriləcək.


Əlaqə telefonu:
(012) 345 45 08
(070) 477 00 23







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17