2018-08-27 11:06:09   |   405 dəfə oxunub

Xalq artistinin səhhətində problem yarandı - Arif Babayev Türkiyəyə müayinəyə gedir

Azərbaycanın xalq artisti, professor Arif Babayev səhhətində yaranmış narahatlıqla bağlı Türkiyəyə gedəcək.
Sherg.az bildirir ki, modern.az-a danışan xanəndə bunun ayaqlarında yaranmış problemlə bağlı olduğunu vurğulayıb:

"Ciddi bir şey olmasa da, məni çox narahat edir. Həkimlərin bildirdiyinə görə, dizdə yağ əriyir. Mətbuat nümayəndələri soruşanda deməyə çəkinirəm. Sonra götürüb yazacaqlar "Arif ölür”, "Arif ağır vəziyyətdədir”. Bilirsiniz insana, xüsusilə sənət adamına öz haqqında bu cür yazılar oxumaq xoş deyil. Biz səhnə adamıyıq, həssasıq. Bunları nəzərə almaq lazımdır. Keçən dəfə ölkədəki xoşagəlməz hallarla bağlı pis olduğumu demişəm. Pis ola bilərəm də, normaldır. Axı mən də insanam, cəllad deyiləm. Sonra götürüb ağıllarına gələni yazdılar”.

A.Babayev hazırda müalicə üçün Qaxda olduğunu bildirib: "Yəqin ki, burdan da Türkiyəyə gedəcəm”.






SON XƏBƏRLƏR

2018-09-25